AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

11.10.2012

2012-ci ilin yanvar-avqust aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 146 xarici dövlətlə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 29,1 milyard ABŞ dolları təşkil etmiş, onun 6,0 milyard dolları idxalın, 23,1 milyard dolları ixracın payına düşmüş, 17,1 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Qeyri-neft məhsullarının ixracı 1001,3 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-avqust aylarının səviyyəsini 5,5 faiz üstələmişdir.
Xarici ticarət əməliyyatlarının 84,3 faizi İtaliya, İsrail, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, İndoneziya, Türkiyə, Almaniya, Fransa, Hindistan, Çin, Böyuk Britaniya, Bolqarıstan, Gürcüstan, Çexiya Respublikası, Tayvan(Çinin əyaləti), Yunanıstan, Ukrayna, Sinqapur və Tunis dövlətləri, qalan 15,7 faizi isə digər ölkələrlə aparılmışdır.


Əlaqə telefonu: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim