AZ    EN
logo

2012-ci ilin yanvar-avqust aylarında əhalinin gəlirləri

27.09.2012

2012-ci ilin səkkiz ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq 21,4 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 2334,0 manat və ya ayda 291,7 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,1 faiz bəndi üstələyərək 11,8 faiz olmuşdur.
Gəlirlərin 62,7 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 26,9 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 19,5 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 13,6 faiz artmışdır.

Əlaqə telefonu: 538-74-50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim