AZ    EN
logo

2012-ci ilin yanvar-avqust aylarında sənayenin işi haqqında

13.09.2012

Ölkənin sənaye sahələrində 2012-ci ilin yanvar-avqust aylarında 23,0 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, qeyri-neft sektorunda 7,9 faiz artım, neft sektorunda 5,4 faiz azalma müşahidə olunmuşdur. İstehsalın 76,5 faizi mədənçıxarma, 18,2 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Cari ilin səkkiz ayı ərzində neft hasilatı 29,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 11,4 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, geyim, poliqrafiya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, mebel, elektrik avadanlıqlarının, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.

Əlaqə telefonu: 538-23-50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim