AZ    EN
logo

Əmtəə bazarı haqqında

07.09.2012

2012-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 11,0 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz çox istehlak malları satılmışdır. İstehlak mallarının 1,4 milyard manatı hüquqi şəxslərin, 5,1 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 4,5 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur. Elektron ticarətin həcmi 905,1 min manat olmuşdur.
Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 6,2 milyard manatı ərzaq məhsullarının, 4,8 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Əlaqə telefonu: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim