AZ    EN
logo

2012-ci ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul istehsalı

23.08.2012

2012-ci ilin yanvar-iyul ayları ərzində ölkə iqtisadiyyatında 30,8 milyard manatlıq və ya əvvəlki ildəkindən 1,6 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, onun hər nəfərə düşən həcmi 3364,7 manat (4280,9 ABŞ dolları) olmuşdur.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 15,2 milyard manat təşkil etmiş, neft-qaz sektorunda isə 6,0 faiz azalmışdır.
ÜDM-in 52,3 faizi sənayedə, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 9,6 faizi tikintidə, 7,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,4 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 11,5 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir.
Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 27,0 faiz, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 19,1 faiz, informasiya və rabitə xidmətlərində 18,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 6,8 faiz,nəqliyyat və anbar təsərrüfatında isə 2,3 faiz artmışdır.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil etmişdir.


Əlaqə telefonu: 538 51 93

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim