AZ    EN
logo

2012-ci ilin birinci yarısında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

07.08.2012

Cari ilin birinci yarısında nəqliyyat müəssisələrində işləyən 66,7 min muzdlu işçinin 75,8 faizi dövlət müəssisələrində, 24,2 faizi özəl bölmədə çalışır. İşçilərin 54,8 faizi yerüstü və boru kəməri, 15,0 faizi su, 7,9 faizi hava nəqliyyatı, 22,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir.
2011-ci ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 12,7 faiz artaraq 483,0 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 989,0 manat, dəniz nəqliyyatında 667,0 manat, avtomobil nəqliyyatında 435,6 manat, dəmir yolu nəqliyyatında isə 214,6 manat təşkil etmişdir. Əmək haqqı dəniz nəqliyyatında 20,9 faiz, dəmir yolu nəqliyyatında 10,3 faiz, hava nəqliyyatında 10,0 faiz, avtomobil nəqliyyatında isə 1,3 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,5 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 6,9 faiz artaraq 615,8 manat olmuşdur.

əlaqə tel: 538-62-96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim