AZ    EN
logo

2012-ci ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

06.08.2012

İyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 5,7 faiz bahalaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 107,6 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 7,6 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 1,2 faiz bahalaşmışdır.
İyul ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 96,1 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 13,6 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 6,4 faiz, kimya sənayesi və neft məhsullarının istehsalı üzrə 5,6 faiz, tikinti məmulatlarının istehsalı üzrə 4,5 faiz, toxuculuq sənayesi üzrə 3,1 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,4 faiz, qida məhsullarının istehsalı üzrə 1,0 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,9 faiz, mebel istehsalı üzrə 0,6 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə isə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı, metallurgiya sənayesi və maşın və qoşquların istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,2 faiz ucuzlaşmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 7,1 faiz, geyim istehsalı üzrə 4,0 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,3 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,7 faiz, içki istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,2 faiz bahalaşmışdır.

əlaqə tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim