AZ    EN
logo

2012-ci ilin iyul ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

06.08.2012

2012-ci ilin iyul ayında nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 2,1 faiz azalmış, yükdaşıma tarifləri isə 3,7 faiz artmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 0,3 faiz ucuzlaşmış, yerli əlaqə üzrə 34,1 faiz, idxal üzrə 4,8 faiz bahalaşmışdır. Sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 1,8 faiz bahalaşmışdır.
Dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşmış, MDB ölkələrinə isə 0,9 faiz bahalaşmışdır.
Hava nəqliyyatında digər xarici ölkələrə sərnişindaşıma tarifləri 5,5 faiz, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,6 faiz və 4,6 faiz ucuzlaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 5,6 faiz bahalaşmışdır.

əlaqə tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim