AZ    EN
logo

2012-ci ilin II rübündə tikinti işlərində qiymətlərin dəyişməsi haqqında

02.08.2012

2012-ci ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,6 faiz bahalaşmışdır.
Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər isə 0,5 faiz bahalaşmışdır. Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin və sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,6 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,5 faiz bahalaşmışdır.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,5 faiz, körpü tikintisi üzrə qiymətlər isə 0,4 faiz bahalaşmışdır.

əlaqə tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim