AZ    EN
logo

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

12.07.2012

     2012-ci ilin may ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta siyahı sayı 1380,8 min nəfər olmuş və onlardan 854,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 526,4 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
     Muzdla işləyənlərin 24,2 faizi təhsildə, 19,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 9,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
     2012-ci ilin may ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 396,4 manat təşkil etmiş, yanvar-may aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 382,6 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat və tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim