AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

12.07.2012


     2012-ci ilin yanvar-may aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 133 xarici dövlətlə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 18912,8 milyon ABŞ dolları təşkil etmiş, onun 3674,8 milyon dolları idxalın, 15238,0 milyon dolları ixracın payına düşmüş, 11563,2 milyon dollarlıq müsbət saldo yaranmışdır.
     Qeyri-neft məhsullarının ixracı 641,6 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-may aylarının səviyyəsini 10,0 faiz üstələmişdir.
     Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (85,1faizi) İtaliya, Fransa, İsrail, İndoneziya, Türkiyə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Almaniya, Hindistan, Çin, Böyük Britaniya, Bolqarıstan, Gürcüstan, Ukrayna, Yunanıstan, Sinqapur, Tailand, Cexiya Respublikası və Portuqaliya dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim