AZ    EN
logo

2012-ci ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

11.07.2012

     İyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 11,4 faiz ucuzlaşmışdır.
     Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 86,4 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 13,7 faiz ucuzlaşmışdır.
     İyun ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,3 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri kağız və karton istehsalı üzrə 9,0 faiz, kimya sənayesi üzrə 2,5 faiz, neft məhsullarının istehsalı üzrə 2,2 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,8 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı və içki istehsalı üzrə 0,6 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı və maşın və qoşquların istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, toxuculuq sənayesi üzrə 8,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 4,4 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 2,1 faiz, qida məhsullarının istehsalı üzrə 0,6 faiz, metallurgiya sənayesi və mebel istehsalı üzrə 0,5 faiz bahalaşmışdır.
     Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,4 faiz bahalaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim