AZ    EN
logo

2012-ci ilin iyun ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

11.07.2012

     İyun ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 3,9 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.
     Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 2,8 faiz, kartofun 0,9 faiz, baş sarımsağın 2,6 faiz, xiyarın 5,6 faiz, pomidorun 8,2 faiz, badımcanın 12,7 faiz, bibərin 3,4 faiz, kələmin 15,1 faiz, yaşıl lobyanın 0,7 faiz, göyərtilərin 1,9 faiz, yoncanın 6,7 faiz, quru otun istehsalçı qiymətləri 5,2 faiz ucuzlaşmış, baş soğanın istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşmışdır.
     Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 1,2 faiz, əriyin 7,5 faiz, alçanın 9,0 faiz, fındığın istehsalçı qiymətləri 2,3 faiz ucuzlaşmış, limon və çiyələyin istehsalçı qiymətləri isə müvafiq olaraq 0,6 faiz və 1,0 faiz bahalaşmışdır.
     Diri heyvanlar və heyvandarlıq məhsullarından inək və camışın istehsalçı qiymətləri 2,0 faiz, 1 yaşadək quzunun 1,3 faiz, mal, donuz və quş ətinin (diri çəkidə) müvafiq olaraq 0,5 faiz, 15,7 faiz və 3,6 faiz, qırxılmış yuyulmamış yunun 0,2 faiz, yumurtanın istehsalçı qiymətləri 5,6 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı ay ərzində 1 yaşdan yuxarı şişəyin istehsalçı qiymətləri 0,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,8 faiz, inək və camış südünün müvafiq olaraq 5,1 faiz və 0,1 faiz, hind toyuğunun istehsalçı qiymətləri isə 7,6 faiz bahalaşmışdır.
     Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,8 faiz bahalaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim