AZ    EN
logo

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir haqqında

18.06.2012

     İyunun 14-də Azərbaycan Respublikasının Dovlət Statistika Komitəsində 15 İyun - Milli Qurtuluş Günü munasibətilə tədbir kecirilmişdir. Tədbiri giris sozu ilə acan Komitənin sektor mudiri, İnşaatçılar prospekti 136 saylı ərazi ilk partiya təşkilatının sədri Malik Heydərov çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycanın milli müstəqilliyini, suverenliyini əbədiləşdirən tarixdir. Hər birimiz üçün əziz və müqəddəs olan 15 iyun tarixi müasir Azərbaycanın milli müstəqilliyinin, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Daxili çəkişmələr, iqtisadi böhran içərisində qalan Azərbaycanın xilas yolunu müəyyənləşdirən ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsindən sonra respublikada siyasi sabitlik təmin olunmaqla iqtisadi, siyasi, sosial inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Malik Heydərov ulu öndərin Azərbaycan üçün göstərdiyi xidmətlərdən danışmış, ümummilli liderin dövlət, tarix, cəmiyyət üçün müdrik zəka sahibi olduğunu bildirmişdir.
     Çıxışdan sonra ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim