AZ    EN
logo

2012-ci ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

08.06.2012

May ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 7,6 faiz ucuzlaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 90,8 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9,3 faiz ucuzlaşmışdır.
May ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,4 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 7,6 faiz, tikinti məmulatlarının istehsalı üzrə 3,2 faiz, toxuculuq sənayesi üzrə 2,4 faiz, maşın və avadanlıqların istehsalı üzrə 1,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, metallurgiya sənayesi üzrə 0,4 faiz, qida məhsullarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,1 faiz ucuzlaşmış, neft məhsullarının istehsalı üzrə 1,7 faiz, kimya sənayesi üzrə 1,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,5 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,4 faiz, içki istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, geyim istehsalı və avtomobil və qoşquların istehsalı üzrə 0,2 faiz, kağız və karton istehsalı, əczaçılıq məhsullarının istehsalı üzrə isə 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim