AZ    EN
logo

2012-ci ilin yanvar-aprel aylarında sənayenin işi haqqında

15.05.2012

Ölkənin sənaye sahələrində 2012-ci ilin yanvar-aprel aylarında 12,3 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, qeyri-neft sektorunda 11,2 faiz artım, neft sektorunda 5,2 faiz azalma müşahidə olunmuşdur. İstehsalın 78,2 faizi mədənçıxarma, 16,2 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Dörd ay ərzində neft hasilatı 14,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 6,0 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, rezin və plastmas məhsullarının, tikinti materiallarının, hazır metal məmulatların, elektrik enerjisinin, mebel, kompüter və digər elektron və elektrik avadanlıqlarının, nəqliyyat vasitələrinin, maşın və avadanlıqların və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim