AZ    EN
logo

2012-ci ilin birinci rübündə "İpək yolu"nda nəqliyyatın fəaliyyəti haqqında

14.05.2012

Cari ilin birinci rübündə "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 13,9 milyon ton və ya 4,3 faiz çox yük, 64,7 milyon nəfər və ya 7,8 faiz çox sərnişin daşınmışdır. Yüklərin 44,5 faizi avtomobil, 35,3 faizi dəmir yolu, 20,2 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 6,8 faiz, dəmir yolu nəqliyyatında isə 4,2 faiz artım qeydə alınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 30,6 faizini və ya 4,3 milyon tonunu tranzit yüklər təşkil etmiş və əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə bu yüklərin həcmi 81,3 min ton və ya 1,9 faiz artmışdır.
Yük daşımaları fəaliyyətindən 107,6 milyon manat, sərnişin daşınmasından isə 20,2 milyon manat gəlir əldə olunmuş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,5 faiz və 13,0 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim