AZ    EN
logo

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

14.05.2012

2012-ci il mart ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1367,4 min nəfər olmuş və onların 846,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 521,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 24,5 faizi təhsildə, 19,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,3 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9 faizi informasiya və rabitə sahəsində və 14,6 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2012-ci ilin mart ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 394,2 manat təşkil etmiş, yanvar-mart aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artaraq 378,9 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim