AZ    EN
logo

2012-ci ilin I rübündə tikinti işlərində qiymətlərin dəyişməsi haqqında

10.05.2012

2012-ci ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1 faiz bahalaşmışdır.
Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin və sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşmışdır. Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlər 0,1 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşmışdır.
Rüb ərzində körpü tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim