AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

07.05.2012

2012-ci ilin yanvar-mart aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 118 xarici dövlətlə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 11520,1 milyon ABŞ dolları təşkil etmiş, onun 2054,3 milyon dolları idxalın, 9465,8 milyon dolları ixracın payına düşmüş, 7411,5 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (84,4 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, Türkiyə, Rusiya Federasiyası, Hindistan, İsrail, İndoneziya, Çin, Bolqarıstan, Sinqapur, Ukrayna, Gürcüstan, Yunanıstan, Malayziya, Portuqaliya və İspaniya dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim