AZ    EN
logo

2012-ci ilin aprel ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

03.05.2012

Aprel ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,6 faiz, göyərtilərin 11,9 faiz, xiyarın 13,3 faiz, baş soğanın 1,1 faiz, göy soğanın 3,4 faiz, kartofun 5,9 faiz, quru otun istehsalçı qiymətləri 4,3 faiz ucuzlaşmış, kələmin istehsalçı qiymətləri 2,8 faiz, pomidorun 0,6 faiz, yoncanın istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,7 faiz, limonun 3,7 faiz, fındığın 1,8 faiz, şabalıdın 3,0 faiz, qozun istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 0,9 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,5 faiz və 0,1 faiz, inək və camış südünün 0,2 faiz, yumurtanın 11,5 faiz, təbii balın istehsalçı qiymətləri 2,1 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 1,0 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 3,3 faiz bahalaşmışdır.
Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 12,6 faiz, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 0,5 faiz ucuzlaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim