AZ    EN
logo

Tikinti haqqında

19.04.2012

2012-ci ilin I rübündə ölkənin tikinti kompleksində dinamik inkişaf davam etmiş, bütün maliyyə mənbələrindən əsas kapitala 2,1 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,5 faiz çox vəsait yönəldilmiş, onun 72,8 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 47,1 faizi məhsul istehsalı, 52,9 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 56,3 faizini təşkil etmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Gəncə şəhərində Alüminium zavodu Kompleksi, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri istifadəyə verilmişdir. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 331,0 min kvadrat metr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana və 140 yerlik klub tikilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim