AZ    EN
logo

2012-ci ilin yanvar-mart aylarında yeni yaradılmış hüquqi və fiziki şəxslərin sayı haqqında

19.04.2012

2012-ci ilin yanvar-mart ayları ərzində ölkədə hüquqi şəxslərin sayı artmaqda davam etmiş və qeydiyyatdan keçmiş 1169 hüquqi şəxsin 53-ü dövlət mülkiyyətinə, 985-i xüsusi mülkiyyətə, 104-ü tam xarici investisiyalı, 27-si isə birgə müəssisələrə aid olmuşdur.
Yeni müəssisələrin 58,9 faizi Bakıda, 13,7 faizi Aran, 7,2 faizi Abşeron və 6,0 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2012-ci ilin yanvar-mart aylarında 16659 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Yuxarı Qarabağ və Lənkəran iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim