AZ    EN
logo

2012-ci ilin mart ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

18.04.2012

2012-ci ilin mart ayında ərzaq məhsullarının qiymətlərinin 0,7 faiz bahalaşması, qeyri-ərzaq mallarının qiymətlərinin 0,1 faiz ucuzlaşması və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində ərzaq məhsullarından unun, mal və qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə və sterilizə olunmuş üzlü südün, kərə yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, qoz və fındığın, pomidor və xiyarın qiyməti bahalaşmış, düyünün, qarabaşaq yarmasının, çörəyin, makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, günəbaxan və zeytun yağlarının, limonun, portağalın, şabalıdın, göyərtinin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun və s. məhsulların qiymətləri isə ucuzlaşmışdır.
Mart ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından parket üçün lakın, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, sementin, mebellərdən mətbəx üçün mebel dəstinin qiymətləri ucuzlaşmış, nitro və yağlı boyaların, parketin, ağac yonqar lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün stolun, çarpayının qiymətləri isə bahalaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim