AZ    EN
logo

2012-ci ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı

17.04.2012

2012-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında 12,3 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun hər nəfərə düşən həcmi 1346,1 manat (1711,9 ABŞ dolları) olmuşdur.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 5,0 milyard manat təşkil etmiş, neft-qaz hasilatı və emalı sahələrində isə 4,7 faiz azalmışdır.
ÜDM-in 61,3 faizi sənayedə, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 4,9 faizi tikintidə, 6,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,4 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,6 faizi informasiya və rabitə xidmətlərində, 10,9 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir.
Bu dövrdə turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində əlavə dəyər real ifadədə 16,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,3 faiz, informasiya və rabitə xidmətlərində 8,0 faiz, tikintidə 6,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,2 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 1,3 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim