AZ    EN
logo

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

17.04.2012

2012-ci il fevral ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1363,6 min nəfər olmuş və onların 844,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 519,2 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir. Eyni zamanda, iqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda isə 1327,1 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1323,5 min nəfər təşkil etmişdir. Muzdlu əsaslarla çalışan işçilərin 21,4 faizi məhsul istehsalı və 78,6 faizi xidmət sahələrində cəmlənmişdir.
Muzdla işləyənlərin 24,6 faizi təhsildə, 19,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,1 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2012-ci ilin fevral ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 368,6 manat təşkil etmiş, yanvar-fevral aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 368,5 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim