AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

17.04.2012

2012-ci ilin yanvar-fevral aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 111 xarici dövlətlə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 7406,1 milyon ABŞ dolları təşkil etmiş, onun 1333,5 milyon dolları idxalın, 6072,6 milyon dolları ixracın payına düşmüş, 4739,1 milyon dollarlıq müsbət saldo yaranmışdır. Qeyri-neft məhsullarının ixracı 222,7 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-fevral aylarının səviyyəsini 6,6 faiz üstələmişdir.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81,1 faizi) İtaliya, Almaniya, Fransa, İndoneziya, Rusiya Federasiyası, İsrail, Türkiyə, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Sinqapur, Hindistan, Ukrayna, Gürcüstan, Çin və Tayvan (Çinin əyaləti) dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim