AZ    EN
logo

2012-ci ilin fevral ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

16.03.2012

Fevral ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 6,3 faiz bahalaşmışdır. Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 107,5 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 7,6 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,4 faiz bahalaşmışdır. Fevral ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,2 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 3,0 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,3 faiz, qida məhsullarının istehsalı üzrə 0,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,7 faiz, elektrik avadanlıqlarının istehsalı, maşın və avadanlıqların istehsalı və ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1 faiz bahalaşmış, poliqrafiya fəaliyyəti üzrə 2,9 faiz, mebel istehsalı üzrə 2,7 faiz, metallurgiya sənayesi üzrə 1,1 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,5 faiz, içki istehsalı və kimya sənayesi üzrə 0,2 faiz ucuzlaşmışdır. Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim