AZ    EN
logo

2012-ci ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı

14.03.2012

2012-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında 8,0 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 3,4 milyard manat və ya ÜDM-in 42,6 faizini təşkil etmişdir. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əlavə dəyər istehsalı 4,5 faiz azalmışdır.
ÜDM-in 60,5 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 5,0 faizi tikintidə, 6,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,3 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,6 faizi informasiya və rabitə xidmətlərində, 11,3 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir.
Bu dövrdə turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində əlavə dəyər real ifadədə 17,7 faiz, informasiya və rabitə xidmətlərində 14,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,0 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,8 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 1,6 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim