AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

09.03.2012


         2012-ci ilin yanvar ayında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 94 xarici dövlətlə 2506,5 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə mübadiləsinin 252,3 milyon dolları MDB üzvü dövlətləri, 2254,2 milyon dolları digər ölkələrlə həyata keçirilmişdir. Xarici ticarət dövriyyəsinin 1848,8 milyon dollarını Azərbaycandan ixrac olunmuş mallar, 657,7 milyon dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 1191,1 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
         Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81,3 faizi) İtaliya, Fransa, Almaniya, Rusiya Federasiyası, Bolqarıstan, Türkiyə, İsrail, İndoneziya, Portuqaliya, Ukrayna və Gürcüstan dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim