AZ    EN
logo

2012-ci ilin fevral ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

06.03.2012

2012-ci ilin fevral ayında ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması, qeyri-ərzaq mallarının qiymətlərinin isə sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşmasına səbəb olmuşdur. Ay ərzində ərzaq məhsullarından düyünün, qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə və sterilizə olunmuş üzlü südün, pendirin, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, şabalıdın, kələmin, qoz və fındığın, göyərtinin qiyməti bahalaşmış, qarabaşaq yarmasının, çörəyin, mal və toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, günəbaxan və zeytun yağlarının, limonun, portağalın, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun və s. məhsulların qiymətləri isə ucuzlaşmışdır. Fevral ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim