AZ    EN
logo

Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında

16.02.2012

2011-ci ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 1971 min manat və 2010-cu illə müqayisədə 189 min manat çox vəsait sərf olunmuşdur. Xərclər əsasən süni balıqartırma müəssisələrinin fəaliyyəti və balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərini əhatə etmişdir. Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 335 milyon ədəd balıq körpələrinin 326,8 milyon ədədi çəkikimilərin, 4,6 milyon ədədi bitki ilə qidalanan balıqların, 3,4 milyon ədədi nərəkimilərin və 0,2 milyon ədədi isə qızıl balıqların payına düşmüşdür.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim