AZ    EN
logo

2012-ci ilin yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

09.02.2012

Yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz, o cümlədən çoxillik bitkilərin 0,2 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,3 faiz bahalaşmış, birillik bitkilərin istehsalçı qiymətləri dəyişməz qalmışdır. Birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,2 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 0,3 faiz, kələmin 0,1 faiz, göyərtilərin 0,4 faiz, kartofun 2,0 faiz, yoncanın istehsalçı qiymətləri 1,3 faiz bahalaşmış, buğdanın istehsalçı qiymətləri 1,0 faiz, arpanın 0,5 faiz, soğanın 0,2 faiz, cəfərinin istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşmışdır. Çoxillik bitkilərdən feyxoanın istehsalçı qiymətləri 6,1 faiz, mandarinin 0,5 faiz, almanın və armudun 0,2 faiz, heyvanın və fındığın 0,1 faiz, şabalıdın 6,0 faiz, qozun istehsalçı qiymətləri isə 0,7 faiz bahalaşmışdır. Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 2,0 faiz, inəyin və 1 yaşadək quzunun 0,9 faiz, 1 yaşdan 2 yaşadək olan erkək dananın 0,1 faiz, ana qoyunun 0,4 faiz, inək südünün 3,2 faiz, təbii balın istehsalçı qiymətləri 1,3 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində 1 yaşdan yuxarı şişəyin istehsalçı qiymətləri 0,2 faiz, cavan toyuğun 2,7 faiz, diri çəkidə quş ətinin istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim