AZ    EN
logo

Əmtəə bazarı haqqında

09.02.2012

2012-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1,4 milyard manat məbləğində və ya 2011-ci ilin yanvar ayı ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılmışdır. İstehlak mallarının 175,5 milyon manatı hüquqi şəxslərin, 639,8 milyon manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 545,0 milyon manatı isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 845,7 milyon manatı ərzaq məhsullarının, 514,6 milyon manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim