AZ    EN
logo

2011-ci ilin dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

18.01.2012

Dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,2 faiz, o cümlədən birillik və ikiillik bitkilər 2,8 faiz, çoxillik bitkilər 3,8 faiz bahalaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 2,1 faiz, qarğıdalının 0,7 faiz, arpanın 1,0 faiz, yaşıl paxlalı tərəvəzlərin 1,2 faiz, tərxunun 14,9 faiz, keşnişin 8,0 faiz, şüyüdün 0,2 faiz, cəfərinin 1,5 faiz, kartofun 2,7 faiz, quru otun 3,3 faiz, yoncanın istehsalçı qiymətləri 1,2 faiz bahalaşmış, kələmin istehsalçı qiymətləri 0,3 faiz, soğanın 0,1 faiz, sarımsağın istehsalçı qiymətləri isə 1,2 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 1,4 faiz, armudun və xurmanın 0,7 faiz, feyxoanın 2,1 faiz, narın 26,7 faiz, heyvanın 17,3 faiz, fındığın 4,8 faiz, nanə yarpaqlarının istehsalçı qiymətləri 44,5 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində limonun istehsalçı qiymətləri 6,7 faiz, şabalıdın 4,0 faiz, qozun istehsalçı qiymətləri isə 5,1 faiz ucuzlaşmışdır. Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,4 faiz, camışın 3,4 faiz, 1 yaşdan 2 yaşadək olan erkək dananın 1,0 faiz, ana qoyunun 1,3 faiz, 1 yaşadək quzunun 0,2 faiz, camış südünün və toyuq yumurtasının istehsalçı qiymətləri 0,6 faiz bahalaşmış, diri çəkidə quş ətinin istehsalçı qiymətləri 6,1 faiz, inək südünün 7,6 faiz, təbii balın istehsalçı qiymətləri isə 3,7 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim