AZ    EN
logo

İstehlak bazarı haqqında

18.01.2012

2011-ci ildə ölkənin ticarət və xidmət şəbəkələrində istehlakçılara 21,8 milyard manatlıq və ya 2010-cu il ilə müqayisədə 9,9 faiz çox əmtəə satılmış və xidmət göstərilmişdir. İstehlak bazarı üzrə real artımın 74,4 faizi pərakəndə ticarət, 5,2 faizi iaşə fəaliyyəti, 20,4 faizi isə pullu xidmətlərin hesabına təmin edilmişdir.
2011-ci ildə pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi özündən əvvəlki ilə nisbətən 10,6 faiz artaraq 16,5 milyard manata, pullu xidmətlərin həcmi 7,8 faiz artaraq 5,3 milyard manata bərabər olmuşdur.
Hesabat dövründə istehlak bazarı üzrə ümumi artımın 99,0 faizi özəl sektorun fəaliyyəti sayəsində yaranmışdır. Özəl şəbəkələrdə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi 2010-cu ilin səviyyəsini 10,6 faiz üstələyərək 20,3 milyard manat təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim