AZ    EN
logo

Birjaların fəaliyyəti haqqında

17.01.2012

2011-ci ilin yanvar-dekabr aylarında ölkədə fəaliyyət göstərən birjalar tərəfindən 769 hərrac keçirilmiş, dövriyyənin ümumi həcmi əvvəlki ilə nisbətən 3,2 dəfə artmış, 9439,7 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və mallar realizə olunmuşdur.
Hesabat dövründə keçirilən hərracların 358-i və dövriyyənin ümumi həcminin əsas hissəsi Bakı Fond və Bakı Banklararası Valyuta birjalarının payına düşmüşdür. Müqayisə edilən dövr ərzində Bakı Fond Birjasında dövriyyənin həcmi 3,8 dəfə artaraq, 8429,6 milyon manatlıq qiymətli kağızlar satılmış, onlardan səhmlər 11,7 faiz, istiqrazlar 8,6 faiz, nağdsız pul payı 7,8 faiz, depozit və əmanət sertifikatları 3,3 faiz, digər əməliyyatlar 68,6 faiz təşkil etmişdir. Bakı Banklararası Valyuta Birjasında dövriyyənin həcmi 1,4 dəfə artaraq 1009,9 milyon manatlıq valyuta ehtiyatları satılmışdır. Digər birjalar üzrə satışın dövriyyəsi 26,4 faiz artaraq 228,2 min manat təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim