AZ    EN
logo

Tikinti haqqında

17.01.2012

Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edir. 2011-ci il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat və ya əvvəlki ildəkindən 27,3 faiz çox vəsait yönəldilmiş və onun 80,3 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 43,1 faizi məhsul istehsalı, 56,9 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 58,6 faizini təşkil etmişdir.
2011-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni tikili və obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Bakı şəhərində "Hilton Bakı" Oteli, "Kempinski Badamdar" Otel və "Jumeirah Bilgah Beach Hotel" kompleksləri, Müalicə-Diaqnostika Mərkəzi, "Dərnəgül" metro stansiyası və Tikinti materialları zavodu, Sumqayıt şəhərində Olimpiya İdman Kompleksi, Gəncə şəhərində Fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi, Naftalan şəhərində "Çinar Hotel və SPA Naftalan" və "Qaşaltı" Sanatoriya kompleksləri, Xızı rayonunda Müalicə-Diaqnostika Mərkəzi, Abşeron rayonunda Mebel fabriki və AzMDF zavodu, Ağsu rayonunda Şirə və şərab istehsalı zavodu, Çörək zavodu və Şəhər stadionu, Samux rayonunda Meyvə Qurudulması və Emalı müəssisəsi, Ağcabədi rayonunun Ağabəyli kəndində "Atena" süd istehsalı və emalı kombinatı, Ağcabədi şəhərində süd emalı zavodu, Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu (24,5 kilometrlik hissəsi), Şahmat məktəbi, İmişli rayonunda Qarışıq yem və Bitki yağları fabrikləri istifadəyə verilmiş, İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidən qurulmuş (12,0 kilometr), Olimpiya İdman kompleksi, Araz çayının yeni qolunun üzərində körpü (230 metr), Qəbələ rayonunda Beynəlxalq Aeroport, Olimpiya İdman Kompleksi, Limonad zavodu və "Qafqaz Sport Hotel" mehmanxanası, Şəki rayonunda Şərab zavodu, "Green Hill İnn" mehmanxanası, Qax rayonunda Avtovağzal Kompleksi, "El Resort" mehmanxanası, Oğuz rayonunda Qarğıdalı emalı zavodu və Qlükoza istehsalı müəssisəsi, Ucar rayonunda Şahmat Məktəbi, Göyçay rayonunda Meyvə və tərəvəz saxlamaq üçün soyuducu anbar, Qobustan rayonunda Taxıl Anbarı Kompleksi və Eksperimental Poliqon və Tədris Mərkəzi, Quba rayonunda Avtovağzal binası, Şahmat məktəbi və Quba-Qəçrəş-Qımılqazma avtomobil yolu (22 kilometr), Xaçmaz rayonunda Kondensator zavodu yenidən qurulmuş və Şahmat Məktəbi istifadəyə verilmiş, Astara rayonunda Qaz-Kompressor stansiyası, Astara-Bala Şahağac avtomobil yolu (19 kilometrlik hissəsi), Tovuz rayonunda Süd emalı zavodu, Olimpiya İdman Kompleksi, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu (53 kilometr), Qazax-Gürcüstan Dövlət Sərhədi avtomobil yolu (36 kilometr), Kürdəmir-Ucar magistral avtomobil yolunun 42 kilometrlik hissəsi, Ağdaş-Ləki avtomobil yolu (12 kilometr) yenidən qurularaq istismara verilmişdir. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1922,3 min kvadrat metr olan yeni yaşayış evləri, 12608 şagird yerlik ümumtəhsil məktəbi, 254 çarpayılıq xəstəxana, növbədə 210 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 310 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub istifadəyə verilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim