AZ    EN
logo

2011-ci ilin noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

07.12.2011

Noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz, o cümlədən birillik və ikiillik bitkilər 0,8 faiz, diri heyvanlar və heyvandarlıq məhsulları 0,3 faiz bahalaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 3,6 faiz ucuzlaşmışdır. Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 0,7 faiz, göyərtilərin 8,7 faiz, sarımsağın 2,2 faiz, bibərin 20,7 faiz, xiyarın 1,7 faiz, pomidorun 1,0 faiz, badımcanın 2,9 faiz, quru otun 2,7 faiz, yoncanın 1,2 faiz bahalaşmış, qarğıdalının istehsalçı qiymətləri 1,7 faiz, soğanın 0,2 faiz, kartofun istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır. Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 1,0 faiz, xurmanın 9,6 faiz, feyxoanın və naringinin 4,5 faiz, almanın 6,1 faiz, heyvanın 25,0 faiz, limonun 6,2 faiz, qozun istehsalçı qiymətləri 0,6 faiz ucuzlaşmışdır. Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,5 faiz, camışın 2,8 faiz, 1 yaşdan 2 yaşadək olan erkək dananın 2,0 faiz, ana qoyunun 0,9 faiz, 1 yaşadək quzunun 3,6 faiz, cavan hind toyuğunun 17,1 faiz, erkək qazın 16,7 faiz, camış südünün 0,3 faiz, inək südünün istehsalçı qiymətləri 0,2 faiz bahalaşmış, cavan keçilərin və toyuq yumurtalarının istehsalçı qiymətləri isə müvafiq olaraq 2,5 və 0,7 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim