AZ    EN
logo

2011-ci ilin yanvar-oktyabr aylarında sənayenin işi haqqında

18.11.2011

İqtisadiyyatın aparıcı sahələrindən olan sənayedə ötən on ayda 28,0 milyard manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın 77,7 faizi mədənçıxarma bölməsində, 17,3 faizi emal bölməsində, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində həyata keçirilmişdir. Bu dövrdə neft hasilatı 39,0 milyon ton, təbii qaz hasilatı isə 21,6 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, geyim, tikinti materiallarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, metallurgiya, avtomobil və qoşquların, maşın və avadanlıqların və s. məhsulların istehsalında daha çox artım müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim