AZ    EN
logo

2011-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

11.11.2011


Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat müəssisələrində işləyən 64,3 min muzdlu işçilərin 76,3 faizi dövlət müəssisələrində, 23,7 faizi özəl bölmədə çalışır. İşçilərin 55,5 faizi yerüstü və boru kəməri, 14,6 faizi su, 8,2 faizi hava nəqliyyatı, 21,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir. Ötən ilin doqquz ayı ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 18,5 faiz artaraq 435,9 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 915,1 manat, dəniz nəqliyyatında 562,4 manat, avtomobil nəqliyyatında 440,2 manat təşkil etmişdir. Əmək haqqı hava nəqliyyatında 34,4 faiz, avtomobil nəqliyyatında 17,8 faiz, dəniz nəqliyyatında 6,5 faizlik artımla müşahidə olunmuşdur.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 24,6 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 9,7 faiz artaraq 567,2 manat olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim