AZ    EN
logo

2011-ci ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

10.11.2011


Oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,0 faiz ucuzlaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,1 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1 faiz bahalaşmışdır.
Oktyabr ayında elektrik avadanlıqlarının istehsalı üzrə istehsalçı qiymətlərinin 5,5 faiz, geyim istehsalı üzrə 5,2 faiz, tütün məmulatlarının istehsalı üzrə 4,8 faiz, metallurgiya sənayesi üzrə 3,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,7 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,6 faiz, poliqrafiya fəaliyyəti və maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabılarının istehsalı üzrə 0,1 faiz bahalaşması və toxuculuq sənayesi üzrə 7,7 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,9 faiz, kimya sənayesi üzrə 0,7 faiz, mebel istehsalı üzrə 0,6 faiz, içki istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,2 faiz, kağız və karton istehsalı üzrə 0,1 faiz ucuzlaşması nəticəsində emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,0 faiz təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim