AZ    EN
logo

İstehlak bazarı haqqında

19.10.2011

2011-ci ilin yanvar-sentyabr aylarında ölkənin ticarət və xidmət şəbəkələrində istehlakçılara 15,3 milyard manatlıq və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılmış və xidmətlər göstərilmişdir. İstehlak bazarı üzrə real artımın 75,4 faizi pərakəndə ticarət, 4,9 faizi iaşə fəaliyyəti, 19,7 faizi isə pullu xidmətlərin hesabına təmin edilmişdir.
Cari ilin doqquz ayında pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 11,6 milyard manata, pullu xidmətlərin həcmi 7,4 faiz artaraq 3,7 milyard manata bərabər olmuşdur.
Hesabat dövründə istehlak bazarı üzrə ümumi artımın 99,0 faizi özəl sektorun fəaliyyəti sayəsində yaranmışdır. Özəl şəbəkələrdə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 10,2 faiz üstələyərək 14,3 milyard manat təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim