AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

19.10.2011

2011-ci ilin yanvar-avqust aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 146 xarici dövlətlə 23,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə mübadiləsinin 4,0 milyard dolları MDB üzvü dövlətləri, 19,7 milyard dolları digər ölkələrlə həyata keçirilmişdir. 2010-cu ilin səkkiz ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 5,9 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 30,0 faiz, digər dövlətlər üzrə isə 2,4 faiz çox olmuşdur. Xarici ticarət dövriyyəsinin 17,8 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,9 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 11,9 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81,3 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Almaniya, İsrail, Belarus, Çin və Gürcüstan dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim