AZ    EN
logo

Birjaların fəaliyyəti haqqında

18.10.2011

2011-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərmiş birjalar tərəfindən keçirilmiş 577 hərracda dövriyyənin ümumi həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,6 dəfə artaraq, 6337,0 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar realizə olunmuşdur.
Fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Fond və Bakı Banklararası valyuta birjaları xüsusi yer tutur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı Fond birjasında dövriyyənin həcmi 4,2 dəfə artaraq, 5690,0 milyon manatlıq qiymətli kağızlar, Bakı Banklararası valyuta birjasında isə dövriyyənin həcmi 1,6 dəfə artaraq 630,6 milyon manatlıq ABŞ dolları, 16,3 milyon manatlıq avro satılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim