AZ    EN
logo

İstehlak bazarı haqqında

09.09.2011

2011-ci ilin səkkiz ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 10,2 milyard manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çox istehlak malları satılmışdır. İstehlak mallarının 9,9 milyard manatı pərakəndə ticarət, 320,6 milyon manatı iaşə şəbəkələrində realizə olunmuşdur. Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 60,7 faizi ərzaq məhsullarının, 39,3 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Səkkiz ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 3,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çox pullu xidmətlər göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim