AZ    EN
logo

2011-ci ilin avqust ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

07.09.2011

2011-ci ilin avqust ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınması üzrə orta tarifi yerli əlaqə üzrə 6,4 faiz, digər ölkələrdən gətirilmə üzrə 1,6 faiz, tranzit yüklərin daşınması üzrə 0,1 faiz bahalaşmış, digər ölkələrə göndərilmə üzrə isə 9,6 faiz ucuzlaşmışdır. Dəmir yolu vasitəsilə beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 0,1 faiz artmışdır.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə 1 ton yükün daşınma tarifi 0,1 faiz, uzaq xaric ölkələrinə isə 14,2 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifi 0,1 faiz artmışdır. Sərnişindaşıma tarifləri hava nəqliyyatında MDB və uzaq xaric ölkələrinə müvafiq olaraq 16,4 və 10,3 faiz bahalaşmışdır.
Boru kəməri vasitəsilə qazın nəqli üzrə tariflərdə heç bir dəyişiklik baş verməmiş, neftin nəql tarifləri isə 0,2 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim