AZ    EN
logo

2011-ci ilin avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

06.09.2011

Avqust ayında birillik və ikiillik bitkilərin istehsalçı qiymətlərinin 0,4 faiz, çoxillik bitkilərin 0,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 0,2 faiz artması nəticəsində satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşmışdır.
Birillik bitkilərdən qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin istehsalçı qiymətləri 0,3 faiz, qarğıdalının 1,4 faiz, buğdanın 2,8 faiz, yaşıl paxlalı tərəvəzlərin 37,3 faiz, bibərin 4,2 faiz, pomidorun və badımcanın müvafiq olaraq 1,5 və 5,5 faiz, göyərtilərin və xiyarın 4,0 faiz, süfrə çuğundurunun 6,0 faiz, yemişin 9,5 faiz, yoncanın istehsalçı qiymətləri 3,8 faiz bahalaşmış, arpanın istehsalçı qiymətləri 1,7 faiz, kələmin 0,8 faiz, soğanın 4,9 faiz, kartofun 3,4 faiz, qarpızın 2,3 faiz, quru otun istehsalçı qiymətləri isə 12,8 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,7 faiz, armudun 3,1 faiz, gavalının 2,7 faiz, şaftalının 11,8 faiz, zoğalın 7,3 faiz, böyürtkənin 5,6 faiz, fındığın istehsalçı qiymətləri isə 7,5 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı avqust ayı ərzində çoxillik bitkilərdən əriyin istehsalçı qiymətlərində 2,3 faiz, albalının istehsalçı qiymətlərində isə 6,2 faiz bahalaşma müşahidə olunmuşdur. Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 0,8 faiz, erkək buzovun 1,2 faiz, ana qoyunun 0,3 faiz, diri keçilərin 0,8 faiz, inək südünün və camış südünün müvafiq olaraq 2,7 və 0,2 faiz, yuyulmamış zərif yunun istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, camışın istehsalçı qiymətləri 1,4 faiz, 1 yaşadək quzunun 2,6 faiz, diri ev quşlarının 1,0 faiz, toyuq yumurtalarının 1,6 faiz, balın istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşmışdır.
Avqust ayı ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində isə 14,5 faiz ucuzlaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim