AZ    EN
logo

2011-ci ilin yanvar-iyun aylarında "İpək yolu"nda nəqliyyatın fəaliyyəti haqqında

16.08.2011


Cari ilin altı ayında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 26,8 milyon ton və ya ötən ildəkindən 7,3 faiz çox yük, 120,1 milyon nəfər və ya 7,6 faiz çox sərnişin daşınmışdır. Ünvanına göndərilmiş yüklərin 43,3 faizi avtomobil, 36,4 faizi dəmir yolu, 20,3 faizi dəniz nəqliyyatının payına düşmüş, dəniz nəqliyyatında 31,5 faiz, avtomobil nəqliyyatında 7,0 faiz artım qeydə alınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin üçdə bir hissəsini və ya 8,4 milyon tonunu tranzit yüklər təşkil etmiş və əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə bu yüklərin həcmi 810,1 min ton və ya 10,6 faiz artmışdır. Yük daşımaları fəaliyyətindən 175,6 milyon manat, sərnişin daşınmasından isə 38,2 milyon manat gəlir əldə olunmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 12,7 və 25,4 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim