AZ    EN
logo

İstehlak bazarı haqqında

08.08.2011


2011-ci ilin yanvar-iyul aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünün göstəricisini 10,0 faiz üstələyərək 8,9 milyard manata çatmışdır. İstehlak mallarının 14,7 faizi hüquqi, 85,3 faizi fiziki şəxslər tərəfindən realizə olunmuşdur. Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 5,5 milyard manatı ərzaq məhsullarının, 3,4 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Yeddi ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 2,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 77,8 faizi hüquqi, 22,2 faizi fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə müvafiq olaraq 6,8 və 12,9 faiz çox pullu xidmət göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim